EN

Fond: Sosial ödənişlərin gecikməsi bu səbəblə bağlıdır

BAKI, 27 avqust. TELEQRAF

Dövlət Sosial Müdafiə sosial ödənişləri vətəndaşlara münasibətdə şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem tərəfindən həyata keçirilməsi mümkün deyil.

"Şəxsiyyət vəsiqəsi hər hansı bir səbəbdən qüvvədən düşmüş vətəndaşlar problemlə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni şəxsiyyət vəsiqəsi almalıdırlar ki, sosial ödənişlərin davam etdirilməsi mümkün olsun", - məlumatda qeyd olunub.

Chosen
26
teleqraf.com

1Sources