EN

Naxçıvanda Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin binası tikiləcək

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Naxçıvan, 27 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin binasının layihələndirilməsi xidmətinin satınalınmasına başlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uyğun layihə seçildikdən sonra binanın tikintisinə start veriləcək.

Yeni binanın tikintisi Mərkəzin fəaliyyətlərinin daha da genişlənməsinə xidmət edəcək.

Hazırda nazirliyin binasında yerləşən Laboratoriyalar Mərkəzi fermerlərə torpaq analizlərinin, aqrokimyəvi analizlərin aparılması ilə bağlı xidmətlər göstərir.

Qeyd edək ki, torpaq analizləri aqrar subsidiyaların alınması üçün vacib prosedurlardandır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
7
azertag.az

8Sources