EN

ABŞ diplomatı Danimarka XİN-ə çağırılıb

ABŞ səfirliyinin əməkdaşı Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın “Al Arabiyya” kanalına istinadən verdiyi xəbərə görə, Danimarka televiziyası bu ölkənin xarici işlər naziri Lars Lokkenin ABŞ diplomatının XİN-ə çağırılması ilə bağlı göstəriş verdiyini bildirib.

Məlumata görə, buna səbəb Amerika vətəndaşlarının Qrenlandiyada ictimai təsir kampaniyaları aparılmasıdır.

Qeyd edək ki, bundan əvvəl may ayında da ABŞ səfiri Danimarka XİN-ə çağırılmışdı.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməli olduğunu iddia etmişdi.

Chosen
6
1
apa.az

2Sources