Sea Breeze

Beş il öncə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi tədbirlər tarixi zərurət olmaqla yanaşı, həm də haqqın, ədalətin bərpasına yönəlmişdi. Müasir dövrün ən mükəmməl döyüş əməliyyatları kimi qiymətləndirilən Vətən müharibəsi nəticəsində əldə edilmiş tarixi Zəfər otuz illik torpaq həsrətimizə son qoydu. 44 gün ərzində milli kimliyimiz dünyaya nümayiş etdirildi. Qazanılmış tarixi Zəfər nəticəsində düşmən məğlubiyyətini rəsmən qəbul etdi.

Müzəffər Azərbaycan Ordusunun qarısında diz çökən düşmən ağ bayraq qaldırmağa məcbur oldu. 10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış Bəyanat müharibənin nəticələrini özündə ehtiva etdi. Razılığa əsasən bir vaxtlar qan tökülərək düşmən nəzarətinə keçmiş əzəli yurdumuz Laçını düşmən elə həmin il dekabr ayının 1-də döyüşsüz Azərbaycan əsgərinə təslim etdi. Artıq işğaldan azad edilmiş hər bir şəhərimizin tarixi Qələbə günləri təntənə ilə qeyd edilir. Möhtərəm Prezident İlham Əliyev 31 iyul 2023-cü ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən, 26 avqust tarixi Laçın şəhəri günü kimi təsis edilib. Artıq üçüncü ildir ki, Laçın şəhər günü təntənəli şəkildə qeyd olunur.

Qeyd edək ki, 1 dekabr tarixində düşmən Laçın rayonunu bizə təhvil versə də, müəyyən səbəblərdən Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizə keçməmişdi. Səbəb isə Laçın dəhlizinin məhz Laçın şəhərinin mərkəzindən və bu iki kənddən keçməsi idi. Belə olan halda yeni yolun çəkilişi məsələsi ortaya çıxdı. Bu məsələdə də Azərbaycan öhdəsinə düşəni vaxtında və layiqincə yerinə yetirdi. Rusiya tərəfi ilə marşrut xətti təsdiqləndi və təxirəsalınmaz tədbirlər görülərək yolun çəkilişi hətta vaxtından tez yekunlaşdı. Bir il 8 aydan sonra artıq alternativ yol hazır idi və razılaşmaya görə 2022-ci il avqust ayının 5-də ermənilər Laçın şəhərini tamamilə boşaldaraq təhvil verməli idilər. Lakin düşmən bu məsələdə də manipulyasiya etməyə cəhd etdi, avqustun 25-nə qədər əlavə vaxt istəməklə çirkin niyyətlərini davam etdirəcəklərinə sadəcə ümid etdilər. Bu məsələdə Müzəffər Ali Baş Komandan yüksək humanizm nümayiş etdirərək dünyaya bir daha mesaj verdi. Və nəhayət, 26 avqust 2021-ci ildə Müzəffər Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, Zabux, Sus kəndləri nəzarətə götürüldü. Bu gün artıq bütün işğaldan azad edilmiş ərazilərimiz kimi Laçında da böyük quruculuq işləri həyata keçirilir.

Bugünki Laçının siması həqiqətən göz oxşayır. Böyük Qayıdış Proqramı çərçivəsində laçınlıların öz yurd-yuvalarına qayıdışları təmin edilir.

İnsanlarımız öz yurdlarına böyük sevinc, qürur və razılıq hissi ilə qayıdırlar.

Gülağa İmanov;
Neftçala rayonu

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX