Bu ilin yanvar-iyul aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi 760 milyon 626 min ABŞ dolları təşkil edib.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.
7 ayda ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 5,56%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan ABŞ-a 42 milyon 179 min ABŞ dolları həcmində məhsul ixrac olunub. Bu, illik müqayisədə 59,2% azdır. Bu dövrdə Azərbaycanın ümumi ixracının 0,28%-i ABŞ-ın payına düşüb.
Yanvar-iyulda ABŞ-dan Azərbaycana 718 milyon 446 min ABŞ dolları dəyərində məhsul idxal olunub ki, bu da illik müqayisədə 16,9% artım deməkdir. 7 ayda ABŞ-dan məhsul idxalı Azərbaycanın ümumi idxalının 5,28%-i həcmində olub.