Avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində söyləyib.
Sülh sazişinin layihəsi üzrə danışıqlar bir neçə il davam etdiyini, nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdığını söyləyən dövlətimizin başçısı vurğulayıb: “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur”.