EN

Qurban Yetirmişli: “Təki həmişə belə zəlzələ olsun”

“Hər gün təkanlar olur, ötən gecə baş verən zəlzələyə görə də təlaşa düşməyə ehtiyac yoxdur”.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, ölkə ərazisində gözlənilən dağıdıcı zəlzələ ehtimalı yoxdur:

“Gecə saatlarında Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib, Azərbaycanda da hiss olunub. Zəlzələ dərinlikdə olduğu üçün hiss olunub. Təki həmişə belə zəlzələ olsun. Qonşu ölkələrdə - Gürcüstan, Ermənistan, İranda, eyni zamanda Xəzər dənizində təkanlar var. Bunların hiss olunması normaldır”.

Qeyd edək ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.

Zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.

​​​​​​"Cebheinfo.az" 

Chosen
33
23
cebheinfo.az

10Sources