EN

Üç komanda tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində

Bu mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsində üç yeni klub debüt edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Qazaxıstanın “Kayrat”, Kiprin “Pafos” və Norveçin “Bodö-Qlimt” komandaları ilk dəfə turnirin əsas raunduna vəsiqə qazanıblar.

Hər üç kollektiv pley-off mərhələsində rəqiblərini üstələyərək bu uğura nail olub. Belə ki, “Kayrat” “Seltik”i, “Pafos” “Srvena Zvezda”nı, “Bodö-Qlimt” isə “Şturm Qrats”ı mübarizədən kənarlaşdırıb.

Chosen
8
idmanxeber.az

1Sources