Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" QSC avqustun 30-da Ağdama qatarla səfərlərə start verir.
Operativ Media ADY-nin saytına istinadən xəbər verir ki, Bakı-Ağdam istiqaməti üzrə bilet qiyməti 14.30 AZN təşkil edir.
Biletlər bu gündən satışa çıxarılıb. Qatar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək.
Qeyd edək ki, səfərin müddəti 4 saat 43 dəqiqədir.