EN

FED rəsmisi Trampı məhkəməyə verdi: "Onun səlahiyyəti yoxdur"

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp ipoteka krediti alarkən fırıldaqçılıq etdiyi ehtimal olunan ABŞ Federal Ehtiyat Sisteminin (FES) İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad edib.

Publika.az “Reuters”-ə istinadla xəbər verir ki, Lisa Kuk qərara etiraz edərək məhkəməyə müraciət edib.

Kukun vəkili Abbe Louell açıqlamasında Trampın Liza Kuku vəzifəsindən uzaqlaşdırmaq cəhdinin heç bir faktiki və hüquqi əsası olmadığını bildirib.

FED rəsmisi isə vəzifəsindən uzaqlaşmayacağını bəyan edib: "Prezidentin bunu etmək səlahiyyətinə malik olmadığına baxmayaraq, məni "haqlı səbəbə" görə çıxardığını iddia etdi. Mən istefa verməyəcəyəm. 2022-ci ildən bəri etdiyim kimi, Amerika iqtisadiyyatına kömək etmək üçün vəzifəmi yerinə yetirməyə davam edəcəyəm".

Chosen
8
publika.az

1Sources