
ABŞ prezidenti Donald Tramp Moskvanın bəzi bəyanatlarının sadəcə olaraq “göstərmək” olduğunu əsas gətirərək, Ukrayna ilə razılaşmadan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyini vurğulayıb.
Prezident Tramp Ağ Evdə üç saatdan çox davam edən Nazirlər Kabinetinin iclasında Rusiya-Ukrayna prosesi ilə bağlı sualları cavablandırıb.
Tramp Rusiya ilə Ukrayna arasında ən qısa zamanda sülh sazişinin əldə olunmasını çox arzuladığını bildirib və bunun baş verməsi üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin görüşməli olduğunu deyib.
Tramp Rusiyaya: "Hamı özünü göstərir, hamısı cəfəngiyyatdır"
Rusiya xarici işlər naziri Sergey Lavrovun Putinin Zelenski ilə müqavilə imzalamayacağına dair bəyanatı ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: "Onların nə dedikləri önəmli deyil. Hamı özünü göstərir, hamısı cəfəngiyyatdır".
Tramp, "Mən bu razılaşmanın tamamlanmasını istəyirəm. Bu çox ciddi bir məsələdir. Bəli, bu, dünya müharibəsi olmayacaq, amma bu, iqtisadi müharibə olacaq və bu, Rusiya üçün pis olacaq. Bunu istəmirəm" deyə, Moskvaya qarşı iqtisadi sanksiyalarla bağlı açıqlamalarını təkrarladı.
“Zelenski də tamamilə günahsız deyil”.
Ukrayna prezidenti Zelenskinin də “tamamilə günahsız olmadığını” iddia edən Tramp, Ukraynanın ilk növbədə özündən 15 dəfə böyük bir ölkə ilə müharibə aparmasının “səhv” olduğunu bildirib.