EN

“Kərəmi istəmirəm” Mourinyodan sərt açıqlamalar

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

"Fənərbaxça" 16 illik Çempionlar Liqası həsrətinə son qoymaq üçün bu gün "Benfika" ilə həlledici oyuna çıxır. 

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun öncəsi mətbuata açıqlama verən "Fənərbaxça"nın baş məşqçi Joze Mourinyo klub rəhbərliyini və vitse-prezident Hamdi Akını hədəfə alan sərt açıqlamaları ilə gündəmə gəlib.

Portuqaliyalı mütəxəssis, vitse-prezident Hamdi Akının “Benfika oyunu asan olacaq, rahat turu keçərik” sözlərinə cavab olaraq belə deyib:“Mən onu tanımıram. Bəlkə bu sözlər onun klub daxilindəki mövqeyini gücləndirər. Amma mən Kerem Aktürkoğlunun transferini istəmirdim. Klubun Benfika ilə iki oyun üçün mənə əlavə imkan yaratmaq üçün xüsusi bir səy göstərdiyini düşünmürəm. Əgər Çempionlar Liqası klubum üçün həqiqətən həyati əhəmiyyət daşısaydı, Feynord ilə Benfika arasında olan müddətdə nəsə edilərdi.”

Qeyd edək ki, Mourinyonun bu sözləri Fənərbaxçada kritik matç öncəsi rəhbərliklə gərginlik yaşandığını göstərir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

1Sources