EN

Əbədi cavanlıq erası başlayır

Saglamolun saytına istinadən ain.az xəbər verir.

ALİMLƏR HÜCEYRƏLƏRİ 10 İL GƏNCLƏŞDİRƏ BİLİB

OpenAİ tərəfindən hazırlanmış süni intellekt modelinin xüsusi versiyası qocalma ilə mübarizədə zülalların dəyişdirilmiş formalarını təklif edib. Tədqiqat Yamanaka faktorları adlanan dörd qrup zülal üzərində aparılıb. Bu zülallar insan orqanizmində cavanlaşma və hüceyrələrin bərpası proseslərində əsas rol oynayır. Onlar yetkin və ixtisaslaşmış hüceyrələrin pluripotent vəziyyətə qayıtmasına, yəni onları kök hüceyrələrə bənzəməsinə imkan verir. Ancaq təbii proses çox yavaş və təsirsizdir.GPT-4b micro adlı süni intellekt modeli zülalların mürəkkəb strukturlarını analiz edib və onların yeni versiyalarını hazırlayıb. İlkin laboratoriya məlumatlarına görə, bu dəyişdirilmiş zülallar yetkin hüceyrələrin gənc kök hüceyrələrə çevrilməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirib. Ən vacib cəhətlərdən biri hüceyrənin yenidən proqramlaşdırılması prosesinin 50 dəfə sürətlənməsidir. Bundan əlavə, yeni üsul regenerativ təbabətdə əsas problem olan DNT zədələnməsini azaldır. OpenAI biotexnoloji startap Retro Biosciences ilə əməkdaşlıq edərək insanın sağlam ömrünü on il uzatmağı qarşısına məqsəd qoyub. Qeyd etmək lazımdır ki, bu məlumatlar hələ ilkin mərhələdədir və müstəqil ekspertlər tərəfindən yoxlanılma və təsdiq tələb olunur.

Saglamolun.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
saglamolun.az

1Sources