Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin edilməsi ilə bağlı proses başlayıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper bildirib.
Onun sözlərinə görə, ev sahibi olan ölkə (Azərbaycan) tərəfinin rəsmi təsdiqindən sonra Aİ-nın Azərbaycana yeni nümayəndəsinin təyinatı ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Peter Mixalkonun səlahiyyət müddəti başa çatıb.