"Kanal D"-nin reytinqli serialı olan "Uzak Şehir" ikinci mövsümü ilə ekranlara qayıdır.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sezon finalı ilə gündəmdə olan serial sentyabrın 15-i, bazar ertəsindən etibarən yayımlanmağa davam edəcək.
Məlumata görə, serialın ikinci mövsümünün çəkilişləri İstanbulda başlayıb, Mardində davam edəcək. pizza sifarişi
Baş rollarda Ozan Akbaba və Sinem Ünsalın yer aldığı serialda, tamaşaçıların ən çox maraq göstərdiyi mövzulardan biri Cihan və Alya arasındakı münasibətin hansı istiqamətdə inkişaf edəcəyidir. İlk müvsümdə gərginlik və gözlənilməz hadisələrlə yadda qalan cütlük, yeni mövsümdə daha böyük sınaqlarla üz-üzə gələcək.
İddialara görə, Banu Fotocan və Özge Erdem də serialda rol alacaq.
Telegram kanalımız