EN

Qarabağ ən pis halda heç heçə edib, mərhələni adlayacaq

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"İlk oyunda "Qarabağ" qalib gəlib, amma hesab aldadıcı ola bilər. Çünki "Ferentsvaroş" zəif rəqib deyil".

Bu sözləri Sport24.az-a açıqlamasında veteran qapıçı, hazırda AFFA-nın texniki direktoru vəzifəsində çalışan Cahangir Həsənzadə deyib.

O, bu günkü qarşılaşmada təmsilçimizin mərhələ adlayacağına inandığını bildirib:

"Macarıstandakı oyunun nəticəsi 1:3 olması tam matça görə deyildi. 2:3, 1:2 ola bilərdi. Belə olduğu halda bir top çox məsələni həll edə bilərdi. Bu o deməkdir ki, "Ferentsvaroş" birinci oyunda yararlana bilmədikləri qol epizodlarından ikinci oyunda yararlana bilər. "Qarabağ" kifayət qədər güclü komandadır. Nəticədən asılı olmayaraq mərhələ adlamağa özü üçün şərait qurub. Komandanın gücü istənilən rəqiblə, istənilən səviyyədə oynamağa imkan verir. "Qarabağ" üçün Bakıdakı matç daha çətin olacaq. Oyun planına nəzər salsaq, "Ferentsvaroş" daha çox hücumda oynamalıdır. "Qarabağ"ın sürətli, düşünülmüş əks hücumları, keçidləri olduğu üçün üstünlükləri olacaq. Yenə də rəqibin təzyiqi təmsilçimizin üzərində olacaq. Hər an qol vura bilərlər. Minimal hesablı qələbə oyunun sonuna qədər qalası olsa, bu da böyük bir stress olacaq. Bütün bunlardan sonra məncə, "Qarabağ" ən pis halda heç-heçə edib, mərhələni adlayacaq".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı bu gün, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
sport24.az

2Sources