Ukrayna Ali Radasında hərbi qulluqçuların komandirin əmrinə tabe olmaması ilə bağlı qanunun sərtləşdirilməsi təklif olunub. Olaylar.az xəbər verir ki, deputatların hazırladığı yeni qanun layihəsinə əsasən, bu hal üzrə cəza 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə məhdudlaşdırılacaq. Hazırda Ukrayna Cinayət Məcəlləsinin 402-ci maddəsinə görə, komandirin əmrinə tabe olmayan hərbi qulluqçular şərti cəza və ya məhkəmənin qərarı ilə daha yüngül cəza ala bilirlər. Lakin təşəbbüskar deputatlar hesab edirlər ki, bu, məntiqsizdir və sözügedən maddə yalnız real azadlıqdan məhrumetmə ilə tətbiq olunmalıdır.
Qanun layihəsi çərşənbə günü Ali Radanın hüquq-mühafizə fəaliyyəti üzrə komitəsində müzakirəyə çıxarılacaq. Əgər sənəd dəstəklənərsə, deputatlar artıq sentyabr ayında onun qəbulunu səsverməyə qoya biləcəklər.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31