EN

Biləsuvar yolundakı dayanacaqda təhlükə - FOTO

Biləsuvar-Bəhramtəpə avtomobil yolunda yerləşən avtobus dayanacaqlarında təhlükəli vəziyyət yaranıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə Yurd.Media-ya rayon sakinləri məlumat verib.

Onlar bildirib ki, problem daha çox Biləsuvarın Nəsimikənd və Günəşli kəndlərində yerləşən dayanacaqlarda müşahidə olunur.

Belə ki, sərnişinlərin avtobus və ya taksi gözləməsi üçün nəzərdə tutulan dayanacaqların fasadı qoparaq yerə tökülür: “Sağ olsunlar, bu dayanacaqları yaradıblar. Amma belə görünür ki, tikinti işləri keyfiyyətsiz aparılıb. Fasad hissədə yerləşən aqlaylar qoparaq yerə tökülür. İsti havadır, hamı maşın gözləmək üçün özünü dayanacağa verir. Allah eləməmiş bir bədbəxt hadisə olsa, kim cavab verəcək!?”

Vətəndaşlar problemin tezliklə həll olunmasına ümid edirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məsələ ilə bağlı bildirilib ki, Biləsuvar rayonunda quraşdırılmış dayanacaqdan qopmuş üzlük daşları ərazidən yığışdırılıb və yeniləri sifariş edilib:

“Qeyd etdiyiniz hadisə ötən gün yol üzərində yerləşən dayanacaqlardan birində baş verib. Yeni üzlük daşların sifarişi artıq verilib və yaxın günlərdə sözügedən sahədə bərpa işlərinin aparılması planlaşdırılır.

Bununla yanaşı, yol üzərində yerləşən digər 27 dayanacaqda da tərəfimizdən monitorinqlər həyata keçirilib”.

Qeyd edək ki, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu 2020-ci ilin sentyabr ayında yenidən qurulub və zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.

​​​​​​"Cebheinfo.az" 

Chosen
16
4
cebheinfo.az

5Sources