EN

Çin: ABŞ və Rusiyaya qoşulmayacağıq

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Siyakun ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Moskva ilə birlikdə nüvə silahlarını azaltmaq və Pekini bu prosesə cəlb etmək istəyi ilə bağlı bəyanatını şərh edərkən, ölkəsinin onlar arasında belə bir dialoqa qoşulması niyyətlərini qeyri-real adlandırıb.

Sitat.info xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

“ABŞ və Çinin nüvə potensialı tamamilə fərqli səviyyələrdədir və iki ölkənin strateji təhlükəsizliyinin təmin edilməsinə dair nüvə siyasəti və yanaşmaları da fərqlidir. Çindən Rusiya və ABŞ ilə nüvə silahlarının azaldılmasına dair üçtərəfli danışıqlara girməsini tələb etmək ağlabatan və real deyil”, - Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Chosen
9
3
sitat.info

4Sources