EN

Küləkli hava nə vaxtadək davam edəcək?

  Azərbaycanda müşahidə olunan küləkli havanın avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.

Bu barədə Referans -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 
Bildirilib ki, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 mm).

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Culfada 21, Neftçalada 20 m/s-dək güclənir.  

Chosen
54
49
referans.az

10Sources