EN

“Biz Bakıya yalnız “Qarabağ”ı udmağa gəlmişik”

“Ferensvaroş”un mərkəz müdafiəçisi Toon Raemaekers Çempionlar Liqası pley-off mərhələsinin “Qarabağ”la cavab matçından danışıb.

Sportinfo.az xəbər verir ki, belçikalı deyib:

“Komandada əhval-ruhiyyə yaxşıdır, hər şey qaydasındadır. Biz Bakıya yalnız qələbə qazanmaq üçün gəlmişik.

İlk görüşdə bəxtimiz gətirmədi. Bəzi səhvlərə yol verdik.

Düşünürəm, istədiyimiz oyunu tam göstərə bilmədik. Bu dəfə eyni səhvlərə yol verməməyə çalışacağıq”.

Bu gün Bakıda keçiriləcək “Qarabağ” - “Ferentsvaroş” matçı saat 20:45-də start götürəcək.

Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Chosen
24
31
sportinfo.az

10Sources