EN

Livan Dünya Bankı ilə 250 milyon dollarlıq kredit sazişi imzaladı

Livan İsrailin hücumları nəticəsində zədələnmiş infrastrukturun bərpası üçün Dünya Bankı ilə 250 milyon dollarlıq kredit sazişi imzalayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Maliyyə naziri Yasin Caber bildirib ki, vəsait elektrik, su, yollar, məktəblər və xəstəxanaların təmirinə yönəldiləcək. O, fondun ümumi maliyyələşdirilməsinin 1 milyard dollara çatmasının hədəfləndiyini qeyd edib.

Dünya Bankının regional direktoru Jan-Kristof Karret isə layihənin Livana təcili yardım və bərpa proqramı çərçivəsində təqdim olunduğunu bildirib.

Chosen
12
manset.az

1Sources