EN

Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi artıb

Bu ilin yanvar-iyun aylarında Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 3,292 milyard ton-km olub.

Day.Az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 milyon ton-km və ya 1,3% çoxdur.

Belə ki, 2024-cü ilin ilk 6 ayında Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 3,249 milyon ton-km olmuşdu.

Sözügedən nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 2,117 milyard ton-km hissəsini tranzit yüklər təşkil edib ki, bu da ötən ilin ilk 6 ayındakı göstəriciyə nisbətən 36,9 milyon ton-km və ya 1,8% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşımalarından 260,804 milyon manat gəlir əldə olunub. Bu ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,4 milyon manat və ya 5,6% azdır.

Chosen
18
3
day.az

4Sources