EN

Sürücülər avtomobil idarə edərkən hansı səhvlərə yol verir? – ARAŞDIRMA - FOTO

Avtomatik transmissiyadan istifadə edən sürücülərə mütəxəssislərdən xəbərdarlıq gəlib.

Avtosfer.az xəbər verir ki, sürücülərin gündəlik olaraq buraxdıqları bəzi səhvlər ötürücü qutunun ömrünü xeyli azaldır və nəticədə baha başa gələn təmirlərə səbəb olur.

Avtomatik transmissiyanın düzgün işləməsi üçün yalnız texniki xidmət deyil, həm də qaydalara uyğun istifadə böyük əhəmiyyət kəsb edir. Xüsusilə transmissiya mayesinin vaxtında dəyişdirilməsi əsas şərtlərdən biridir.

Mütəxəssislərin qeyd etdiyi ən geniş yayılmış səhvlər bunlardır:


Mühərrik soyuq olarkən qaza basmaq avtomobil üçün zərərlidir. Avtomobil tam dayanmadan birbaşa “P” rejiminə keçirmək həm ötürücü qutunun, həm də sükan mexanizmin zədələnməsinə səbəb olur. “N” rejimində hansısa yoldan eniş etmək ümumiyyətlə tövsiyə olunan avtomobil idarəsi deyil. Bu rejim nasaz vəziyyətdə olan avtomobili itələmək və tıxac zamanı istifadə olunmalıdır. Əyləc əvəzinə sürətləndirici ilə avtomobili saxlamağa çalışmaq mühərrikdə də problemlər ortaya çıxara bilər. Dayanmadan “D”-dən “R”-ə və ya əksinə keçid etmək sürətlər qutusunun yenisi ilə əvəzlənməsinə gətirib çıxara bilər.

Ekspertlərin fikrincə, bu vərdişlərdən imtina etməyən sürücülər transmissiyanın ömrünü bilmədən yarıya endirirlər. Buna görə də hər bir avtomobil sahibi bu qaydalara diqqət yetirməlidir.

Eltac Zülfüqaroğlu

Chosen
1
1
avtosfer.az

2Sources