EN

Tramp Rusiyaya görə “gizli silahı”nı işə sala bilər

  “ABŞ Prezidenti Donald Tramp ölkəsinin texnoloji və hərbi üstünlüyündən istifadə edərək Avropa İttifaqına (Aİ) təzyiq göstərə bilər. Məqsəd isə Rusiya ilə münasibətlərin qaydaya salınmasıdır”.

Referans  xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Avropa Komissiyasının sədri Ursula Von der Leyen son dərəcə balanssız ticarət sazişi imzalayıb və buna görə Aİ təsir rıçaqlarını itirib. ABŞ lideri bu üstünlükdən istifadə edə bilər. Tramp Avropanın hərbi və texnoloji cəbhədə geridə qaldığını yaxşı bilir. Ağ Ev rəhbəri fərqindədir ki, Brüssel ölkəsinin hərbi dəstəyi olmadan Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəmir”, – deyə nəşr əlavə edib.

 
Daha əvvəl D.Trampa Rusiyaya qarşı ən təsirli strategiyasından istifadə etmək tövsiyə edilmişdi.  

Chosen
4
1
referans.az

2Sources