EN

Ançelotti Braziliya millisinə Neymar və Rodriqonu çağırmamasının səbəbini açıqlayıb

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçular Neymar və Rodriqonu sentyabrdakı oyunlar üçün milliyə çağırmamasına münasibət bildirib.

Operativ Media xəbər verir ki, bu haqda "Teradeportes" məlumat yayıb.

 "Mən Neymar və Rodriqo ilə danışmamışam. Onlar nəyi hədəfə almalı olduqlarını bilirlər. Onlar yaxşı fiziki vəziyyətdə olmalıdırlar. Bunu onlara izah etməyə ehtiyac yoxdur. Əgər izahata ehtiyacı olsa, mənə zəng edə bilərlər - onlarda mənim nömrəm var".

Braziliya yığması sentyabrın 5-də Çili ilə, 10-da isə Boliviya ilə qarşılaşacaq.

Chosen
55
operativmedia.az

1Sources