EN

İsrail Şamı vurdu: 6 suriyalı əsgər öldü

İsrail ordusuna məxsus silahlı pilotsuz uçuş aparatları (SİHA) Suriyanın paytaxtı Şamın cənub-qərbində yerləşən Küsve bölgəsinə zərbə endirib.
 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, Suriya dövlət televiziyası Əl-İxbariyyənin məlumatına görə, hücum nəticəsində ordunun mövqeləri hədəf alınıb və 6 suriyalı əsgər həyatını itirib.

Bundan bir gün əvvəl isə İsrail qüvvələrinin Kuneytranın şimalındakı Tırınca kəndində yerləşən bir evə hücumu nəticəsində 1 mülki şəxs ölmüşdü.

Suriya Xarici İşlər Nazirliyi İsrailin ardıcıl hücumlarını şiddətlə qınayıb.
 
 

Chosen
12
7news.az

1Sources