EN

Bu ərazidə çoxmərtəbəli binalar TİKİLƏCƏK — 36 milyon ayrıldı

Abşeron rayonunun Saray qəsəbəsində genişmiqyaslı yaşayış kompleksi inşa ediləcək.

Demokrat.az xəbər verir ki, layihə çərçivəsində 4.5 hektar ərazidə çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri tikiləcək.

Planlaşdırılan tikinti işlərinə 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli binalar daxildir. Bundan əlavə, 14 və 15 nömrəli birmərtəbəli qeyri-yaşayış binalarının inşası da nəzərdə tutulur.

Layihənin dəyəri 36 milyon 311 min 571 manat 28 qəpikdir. (Oxu.az)
Chosen
20
12
demokrat.az

10Sources