EN

Bakının hansı rayonunda daha çox tikinti aparılıb? - STATİSTİKA

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhərində tikintimüəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri4,722 milyard manat təşkil edib.

Trend-in Bakışəhər Statistika İdarəsinə istinadən məlumatına görə, bu, 2024-cüilin eyni aylarındakı göstərici ilə müqayisədə 9,9% çoxdur.

Hesabat dövründə inşaat işlərinin dəyəri üzrə ən yüksəkgöstərici Bakının Xətai rayonunda, ən aşağı isə Xəzər rayonundaqeydə alınıb.

Bakının rayonları üzrə 2025-ci ilin yanvar-iyun aylarındatikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinindəyərinə dair göstəriciləri təqdim edirik:

Cəmi,

min manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

Bakı şəhəri – cəmi

4 721 794,0

109,9

o cümlədən rayonlar:

Binəqədi

663 900,3

84,8

Xətai

937 141,8

119,5

Xəzər

73 595,5

2,5 d.

Qaradağ

255 328,6

2,1 d.

Nərimanov

560 681,7

125,2

Nəsimi

729 258,2

91,5

Nizami

431 619,5

119,9

Sabunçu

403 517,5

167,1

Səbail

188 291,0

125,9

Suraxanı

73 846,9

77,1

Yasamal

404 613,0

83,2

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyunaylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafıüçün bütün maliyyə mənbələrindən əsas kapitala 4,074 milyard manatvə ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz az vəsaityönəldilib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2,510 milyard manatı və ya61,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinəyetirilməsinə sərf edilib.

2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələritərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6 faizini inşa,yenidənqurma və bərpa, 6,6 faizini əsaslı təmir, 3,5 faizini caritəmir, 3,3 faizini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikintimüəssisələri yerinə yetiriblər.

Məqalədə:
Chosen
13
2
az.trend.az

4Sources