EN

Şokoladı bu cür yeyin: Dad fərqi inanılmazdır

İngiltərədə aparılan araşdırmalara görə, musiqi beynimizi aldadaraq yediyimiz qidanın dadını dəyişə bilir. Mütəxəssislər bunu Bristol Universitetinin müəllimi Natali Haysint adlı bəstəkarın əsəri ilə sübuta yetiriblər. Belə ki, onun yazdığı  yeni musiqi parçaları şokoladı olduğundan daha şirin və krem dadında hiss etdirib.

News24.az xəbər verir ki, alim araşdırmasında musiqinin səsi, tempi və tonunun beyində necə dad illüziyası yaratdığını öyrənib. Nəticələrə görə, yumşaq və major tonda olan musiqilər şokoladı daha şirin, sərt notalar isə dadı acı hiss etdirir. Sürətli ritmlər isə daha çox fast food tipli yeməklərlə uyğun gəlir.

Dr. Haysint tədqiqatdan sonra məşhur şokolad markası “Galaxy” ilə əməkdaşlıq edib və “Sweetest Melody” adlı 90 saniyəlik xüsusi musiqi bəstələyib. Bu əsər şokoladın ağızda əriyən anları ilə uyğunlaşdırılaraq hazırlanıb.

Xeyrənsə Piriyeva

Chosen
71
1
news24.az

2Sources