EN

Zelenski: Moskva sülh danışıqları ilə bağlı mənfi siqnallar verir

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya tərəfi Ukrayna, Rusiya və ABŞ liderlərinin mümkün görüşü, həmçinin hadisələrin gələcək inkişafı ilə bağlı mənfi siqnallar göndərir.

Editor.az xəbər verir ki, dövlət başçısı Telegram hesabında bildirib ki, Finlandiya prezidenti Aleksandr Stubb ilə “çox yaxşı söhbət” aparıb və tərəflər daha ciddi nəticələr üçün mövqelərin koordinasiyasını davam etdirirlər.

“Ən vacib istiqamət – ABŞ-la münasibətlərdir və bu münasibətlərin maksimum məzmunlu olmasıdır. Təəssüf ki, ruslar görüşlər və hadisələrin gələcək inkişafı ilə bağlı mənfi siqnallar verirlər. Şəhərlərimizə və kəndlərimizə hücumlar davam edir, hər gün yeni qurbanlar var. Rusiya yalnız güclü təzyiqlə hesablaşacaq. Bu təzyiq vacibdir və biz bunun olacağına ümid edirik. Real diplomatiyaya doğru addımları atmalı olan məhz Rusiyadır”, – deyə Zelenski vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
13
editor.az

1Sources