EN

Məşhur türk aktyor arıqlayıb TANINMAZ HALA düşdü - FOTOlar

"Kiralık aşk" serialındakı Koray obrazı ilə məşhurlaşan aktyor Onur Büyüktopçu ötən gün İstanbulun Cihangir səmtində görüntülənib.

Milli.Az xəbər verir ki, artıq çəkilərindən qurtulan aktyor poza verərkən zarafatla "Mən Onur bəyin başqa filialıyam" deyə, bildirib.

"Çəkimə görə depressiyaya girmişdim. Əlimdə hamburgerlə güzgüyə baxanda "Belə davam edə bilməz" dedim və növbəti 8 ayda 28 kilo verdim. İçimdən Onur Büyüktopçunun "böyük"ü çıxdı, "topçu"su qaldı!".

Aktror arıqlamağın ona baha başa gəldiyini də vurğulayıb:

"Bütün qarderobumu dəyişmək məcburiyyətində qaldım. Şalvarları dərziyə apardım, amma pencəklər qaldı, heç biri əynimə gəlmir". /olay.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
18
1
milli.az

2Sources