EN

İKTA-nın “Starlink Azerbaijan”dan hesabat tələb etməsi tənqid olundu

İKTA-nın “Starlink Azerbaijan”dan hesabat tələb etməsi tənqid olundu

“Starlink Azerbaijan” hələ "bismillah" deməmiş, İKTA artıq hesabat istəyir.

AFN.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Starlink Azerbaijan” MMC-dən hesabat tələb edib. Qurum bu barədə rəsmi açıqlama yayıb:

"Oradakı dostlarımız da tez-tez deyinirlər ki, niyə bizdən çox yazırsan? Son zamanlar bu tənzimləyici qurum yalnız ictimaiyyəti təəccübləndirməyə üstünlük verir. Biz də məcbur olub bu halları gündəmə gətirməli oluruq.

“Starlink Azerbaijan” hələ bazara yeni daxil olub, necə deyərlər, hələ "bismillah" deməyib. Belə bir vaxtda qurum rəhbərliyi ilə keçirilən görüşün əsas mövzusunu məhz bu hesabat məsələsi kimi təqdim etmək doğrudanmı məqsədəuyğundur?

Ortada bu qədər ciddi tənzimləmə problemi durarkən, 40 ildir fəaliyyət göstərən nəhəng dövlət provayderi "Aztelekom"dan hesabat tələb etmək İKTA-nın yadına düşmür. Saytlarına baxanda bu dövlət şirkətinin 2022-ci ildən sonrakı dövr üçün heç maliyyə hesabatı da gözə dəymir.

Ayda 75 milyon manat gəlir əldə edən bu qurumdan bölgələrdə internetin qiymətində alternativ seçim yaratmaq tələb edilmir, heç olmasa, buna dair bir xahiş belə edilmir. Ayda 75 milyon manat qazanan bu dövlət şirkəti kənddə 300 manat sosial müavinət alan vətəndaşın 25 manatına "möhtac" qalıb. Tənzimləyici qurum da bunu görməzdən gəlir. Yerdəkinə gücü çatmır, göydəkindən hesabat istəyir. Çox təəssüf edirəm".

Chosen
79
1
afn.az

2Sources