Brüssel. Trend:
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı CəfərHüseynzadə Azərbaycanın bir qrup media nümayəndəsi ilə görüşüb.
Trend-inBrüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş Nümayəndəlikdəbaş tutub.
Bu çərçivədə diplomat media nümayəndələrinə Azərbaycan - NATOtərəfdaşlığı barədə məlumat verib.
Qeyd edək ki, qrupda "Trend" BİA-da İngilisdilli XəbərlərXidmətinin müdiri Maryana Əhmədova da yer alıb.