EN

Özbəkistan və Yaponiya XİN-ləri arasında strateji dialoq haqqında birgə kommünike imzalanıb

Özbəkistan və Yaponiya Xarici İşlər nazirlikləri (XİN) arasında strateji dialoq haqqında birgə kommünike imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov sosial şəbəkələrdə bildirib.

"Bu gün Özbəkistan Xarici İşlər Nazirliyində Yaponiya XİN başçısı İvaya Takesi ilə görüşməkdən məmnunam. Həmkarımla birlikdə xarici işlər nazirləri səviyyəsində ilk strateji dialoqu keçirdik", - o yazıb.

Tərəflər kimya sənayesi və energetika sahələrində iri layihələrin həyata keçirilməsini müzakirə edib və IT, nəqliyyat, mədən sənayesi və "yaşıl enerji”nin perspektivli istiqamətlər olaraq qaldığını qeyd ediblər.

"Bu gün XİN-lər arasında imzaladığımız strateji dialoq haqqında birgə kommünike münasibətlərimizin möhkəmləndirilməsində siyasi ölçüdən iqtisadi ölçüyə, təhsildən insanlar arasında əlaqələrə qədər ən yaxşı maraqlara xidmət edəcək", - o əlavə edib.

Chosen
4
report.az

1Sources