EN

Tom Barrak: İsrail bu halda Livandan geri çəkiləcək

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak  Livan prezidenti Cozef Aunla görüşdən sonra Beyrutda keçirdiyi mətbuat konfransında verdiyi açıqlamada bildirib ki, İsrail “Hizbullah”ın tərkisilah olması halında Livanın cənubundan geri çəkilməyə razılaşıb. O, əlavə edib ki, Livan hökuməti “Hizbullah”ı silahı yerə qoymağa razı salmaq üçün 31 avqustda xüsusi plan təqdim edəcək.

Hökumət Livan ordusunu bu məqsədə çatmaq üçün ayın sonuna qədər plan hazırlamağa və 2025-ci ilin sonuna qədər onu həyata keçirməyə tapşırdı. Lakin Livandakı şiə silahlı qruplaşması “Hizbullah” bu qərarı “böyük bir günah” adlandıraraq rədd edib.

Bundan əlavə, ABŞ nümayəndəsi rəsmi Vaşinqtonun BMT vasitəsilə Livanın cənubundakı BMT sülhməramlı qüvvələrinin mandatını bir il uzadacağını da açıqlayıb.

Həmçinin, Suriya–Livan münasibətlərinə toxunan T.Barrak Suriya prezidenti Əhməd Şaranın Livanla heç bir halda düşmən münasibətlərinə girmə niyyətində olmadığını vurğuladığını qeyd edib.

Chosen
9
veteninfo.az

1Sources