EN

Ərdoğan Putinlə görüşəcək

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində görüşməsi ehtimalı var, lakin bunun tamhüquqlu danışıqlar olub-olmayacağı hələ məlum deyil.

Sitat.info  xəbər verir ki, bunu türk diplomatik mənbə RİA Novosti-yə bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük ehtimalla 1 sentyabrda Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

Rusiya prezidenti Vladimir Putin də gələn həftə Rusiya və Çin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqların planlaşdırıldığı Çinə dördgünlük səfərə gedəcək.

"Liderlər arasında şəxsi münasibətləri nəzərə alsaq, görüş, salamlaşma və "ayaq üstə" söhbət imkanı var. Lakin bunların tamhüquqlu danışıqlar olub-olmayacağı hələ məlum deyil", - agentliyin mənbəsi liderlərin Çində danışıqlarının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Chosen
12
3
sitat.info

4Sources