EN

Moskvadakı miqrantlar “Amina” mobil proqramı ilə izlənəcəklər

Yazını böyüt
Yazını kiçilt

“Sentyabrın 1-dən Moskvada və regionda xarici vətəndaşların yerləşdiyi yerlərin uçotu üçün eksperimental rejim tətbiq ediləcək. Bu, miqrasiya qeydiyyatının mövcud prosedurunu əvəz etmək üçün nəzərdə tutulub”.

Hafta.az-ın yazdığına görə, bu barədə Rusiya miqrasiya idarəsinin saytında yazılır.

Moskvaya və Moskva vilayətinə işləmək üçün gələn Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna vətəndaşlarından “Amina” adlı xüsusi mobil proqram quraşdırmaq tələb olunacaq.

Qeyd olunur ki, bu, əcnəbi vətəndaşların qeydiyyatını sadələşdirəcək və vicdanlı əcnəbilərin miqrasiya qanunvericiliyinə əməl etməsini daha da rahatlaşdıracaq.

Bildirilir ki, “Amina”nın quraşdırılması Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanlarına gəlmədən xarici vətəndaşlar tərəfindən müstəqil şəkildə həyata keçirilir.

Mobil proqramda avtorizasiya etmək üçün etibarlı xarici vətəndaş kartı tələb olunur. Onu əldə etmək üçün xarici vətəndaş MMC-yə müraciət edir. Əgər itirilərsə, “Amina”da avtorizasiya pasport məlumatlarından istifadə etməklə tamamlana bilər.

“Sonra mobil proqram geolokasiya məlumatlarını Rusiya Daxili İşlər Nazirliyinə ötürəcək. Əgər onun bir neçə gün ərzində ötürülməməsi qeydə alınarsa, xarici vətəndaş yerləşdiyi ünvanın təsdiqlənməsi və ya onun dəyişdirilməsi barədə Daxili İşlər Nazirliyinə məlumat verilməsinin zəruriliyi barədə bildiriş alacaq. Bunun üçün daxili işlər orqanlarına və ya MMC-yə baş çəkmək lazım deyil”, - deyə idarədən bildirilib.

Sonuncu monitorinqin aparıldığı tarixdən üç iş günündən artıq müddət ərzində abunəçi cihazı üçün geolokasiya məlumatı olmadıqda, xarici vətəndaş MMC ünvanında qeydiyyatdan çıxarılır.

Chosen
12
1
hafta.az

2Sources