EN

IAEA müfəttişləri İrana yollandı

Beynəlxaql Atom Agentliyi (IAEA) müfəttişləri işlərini bərpa etmək üçün İrana gəliblər.

Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O qeyd edib ki, mütəxəssislərin qəbulu ilə bağlı qərarı İranın Ali Milli Təhlükəsizlik Şurası verib. Pepperoni pizza

Bundan əvvəl IAEA-nın baş direktoru Rafael Qrossi "Fox News" telekanalına müsahibəsində agentlik müfəttişlərinin birinci qrupunun İrana gəldiyini və tezliklə işə başlayacağını bildirmişdi.

Qrossi agentlik müfəttişlərinin Buşəhr AES-də yanacağın dəyişdirilməsinə nəzarət edəcəyinə aydınlıq gətirib.

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf çərşənbə günü parlamentin iclasında bildirib ki, müfəttişlərin səfəri iyunun 25-də qəbul edilmiş və hökuməti IAEA ilə bütün əməkdaşlığı dayandırmağa məcbur edən qanunu pozmadan həyata keçirilir. Qanuna əsasən, agentlik müfəttişlərinin ölkənin nüvə obyektləri təhlükəsiz olmadığı və dinc nüvə proqramı inkişaf etdirilməsi mümkün olmadığı halda, İrana daxil olmağa icazə verilməyəcək.

 


Telegram kanalımız
Chosen
3
1
yenisabah.az

2Sources