EN

Özbəkistan Azərbaycanın qida təhlükəsizliyi təcrübəsini öyrənir

Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib. Səfərin məqsədi Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki qabaqcıl təcrübəsini öyrənmək və bu sahədə əməkdaşlığı genişləndirməkdir.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, görüş zamanı qonaqlara İnstitutun fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi sistemləri, laboratoriya imkanları və beynəlxalq standartlara uyğun idarəetmə mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə məlumatlandırılıb.

Chosen
1
4
vergiler.az

5Sources