Sumqayıt şəhərində çörək sexində yanğın hadisəsi qeydə alınıb.
Gundem.az xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” qəsəbəsi ərazisində baş verib.
Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
Sumqayıt şəhərində çörək sexində yanğın hadisəsi baş verib.
FHN-in qüvvələri genişlənməsinə imkan vermədən yanğını qısa müddətə söndürüblər.