EN

Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Bakı. Trend:

27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Uqanda Respublikasının xariciişlər üzrə dövlət naziri Con Mulimba arasında görüş keçirilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Uqanda münasibətlərininsiyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, humanitar və s.aspektləri, regional və beynəlxalq təşkilatlar, o cümlədənBirləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Afrika İttifaqıçərçivəsində əməkdaşlıq məsələləri, habelə regional məsələlərmüzakirə olunub.

"Azərbaycan və Uqanda arasında diplomatik münasibətlərinqurulmasının 30-cu ildönümü münasibətilə qarşılıqlı təbrikləriniçatdıran tərəflər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafetdirilməsi üçün geniş perspektivlərin mövcudluğunu məmnunluqlaqeyd ediblər.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəlisürülən təşəbbüslərin həyata keçirilməsi, o cümlədən HərəkatınGənclər Təşkilatının əsasının qoyulması zamanı sərgilənən birgəəməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycanın QoşulmamaHərəkatına sədrliyi dövründə intensiv xarakter alanmünasibətlərimizin Uqandanın Hərəkata sədrliyi zamanı da davametdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin müqabil tərəfə ölkəmizinalternativ enerji mənbələrinin inkişafı və istifadəsiningenişləndirilməsi üzrə təşəbbüs və planları barədə ətraflı məlumatverib, bərpaolunan enerji sahəsinin əməkdaşlığın inkişafetdirilməsi üzrə potensial istiqamətlərdən biri olduğunu diqqətəçatdırıb.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASANXidmət” modelinin Uqandada uğurlu tətbiqinin ölkələrimiz arasındatəcrübə mübadiləsinin faydalılığının göstəricisi olduğuvurğulanıb.

Nazir Ceyhun Bayramov, o cümlədən 8 avqust 2025-ci il tarixindəbaş tutan Vaşinqton görüşünün nəticələri barədə qarşı tərəfiməlumatlandırıb, bu tarixi görüş çərçivəsində “AzərbaycanRespublikası ilə Emənistan Respublikası arasında sülhün vədövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”inmətninin paraflandığını, o cümlədən keçmiş münaqişənin qalığı olanATƏT-in Minsk Qrupu və əlaqəli strukturların bağlanması iləəlaqədar birgə müraciətin ünvanlandığını diqqətə çatdırıb.

Dövlət naziri Con Mulimba Vaşinqton görüşü çərçivəsindəAzərbaycan-Ermənistan sülh prosesi ilə bağlı tarixi razılaşmalarınəldə edilməsi münasibətilə öz təbriklərini çatdırıb, prosesinuğurla nəticələnməsinə dair ümidvarlıq ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası ilə Uqanda Respublikasıarasında siyasi məsləhətləşmələr keçirilib. Siyasiməsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini YalçınRəfiyev, Uqanda tərəfindən isə xarici işlər üzrə dövlət naziri ConMulimba rəhbərlik edib", - deyə məlumatda qeyd edilib.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
17
22
az.trend.az

10Sources