EN

“Qarabağ” azarkeşlərə müraciət etdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ferensvaroş” oyununda iştirak edəcək azarkeşlər üçün qapılar matçın start fitindən 2 saat əvvəl açılacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub paylaşım edib. Paylaşımda deyilir:

“Yoxlama nöqtələrində sıxlığı azaltmaq, stadiona daha rahat daxil olmaq, komandamızı isinmə dəqiqələrindən dəstəkləmək üçün stadiona tələsin.

“Qarabağ” – “Ferensvaroş” oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında sizi fan zona əhval-ruhiyyəsi gözləyir! 

Azarkeşlərimizdən tribunalardakı yerlərini vaxtında tutmaları xahiş olunur!

Biz birlikdə “Qarabağ”ıq”

Xatırladaq ki, matç saat 20:45-də start götürəcək.

 

Chosen
1
3
idmanxeber.az

7Sources