EN

Film çəkmək üçün yola çıxanlar Qubada qəzaya düşdülər – Ölən var


Quba-Alpan-Susay-Xınalıq yolunda ağır yol nəqliyyat hadisəsi yaşanıb.
Yeniavaz.com
Bizim.media-ya istinadla xəbər verir ki, yolun Quba rayonunun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
“Qəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.
Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.
Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb”, - saytın məlumatında deyilir.
Chosen
50
36
yeniavaz.com

10Sources