EN

Şəkidə “Əllərin sehri” adlı ustad dərsləri keçiriləcək

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəki, 27 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə sentyabrın 1-də Şəki Dövlət Rəsm Qalereyasında “Əllərin sehri” adlı ustad dərsləri keçiriləcək.

Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sənətkarlıq diyarı kimi məşhur olan qədim Şəkidə bir çox sənət növləri bu gün də qorunub saxlanılır və inkişaf etdirilir. Şəbəkə, təkəlduz və digər sənət növləri üzrə təşkil ediləcək ustad dərslərində yerli sakinlərlə yanaşı, şəhərin qonaqlarının da iştirakı nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
azertag.az

2Sources