EN

“Ferensvaroş”lu futbolçu: “Qarabağı məğlub edə biləcək gücdəyik”

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” – “Ferensvaroş” cavab oyunu keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, Macarıstan klubunun gənc hücumçusu Qruber Zombor qarşılaşma öncəsi ölkə mətbuatına danışıb. 20 yaşlı forvard ilk matçda öz istəklərinə uyğun oynaya bilmədiklərini etiraf edib:

“Birinci oyun planlaşdırdığımız kimi alınmadı. İkinci hissədə ritmimizi itirdik və rəqib bizdən üstün oldu. Bu, bizim üçün asan vəziyyət deyil. Amma şanslarımızı daha yaxşı dəyərləndirərək nəticəni dəyişmək üçün əlimizdən gələni edəcəyik. Çempionlar Liqasının liqa mərhələsinə düşmək hamımızın arzusudur”.

Zombor bildirib ki, ilk oyundan sonra komanda daxilində böyük qəzəb var idi:

“Hamımız hiss edirdik ki, rəqibi məğlub etməyə gücümüz çatır. Sadəcə fürsətlərdən lazımınca yararlana bilmədik. Çempionlar Liqasının himnini ən azı 8 dəfə eşitmək istəyirik. Açığı, 8 oyunun hamısında uduzacağımızı əvvəlcədən bilsəydim belə, yenə də Çempionlar Liqasında oynamağı seçərdim”.

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. İlk matçda “Qarabağ” Budapeştdə 3:1 hesabı ilə qalib gəlmişdi.

 

Chosen
8
idmanxeber.az

1Sources