Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.