EN

“Boşluğa xütbə” filmi Venesiya Beynəlxalq Film Festivalında

“Boşluğa xütbə” filmi 82-ci Venesiya Beynəlxalq Film Festivalının rəsmi proqramına daxil edilib və festivalın “Out of Competition – Fiction” bölməsində nümayiş olunacaq.

Filmin quruluşçu rejissoru Hilal Baydarov, icraçı prodüseri isə Orxan Fikrətoğludur.

Filmin istehsalına ARKA tərəfindən maliyyə dəstəyi ayrılıb.

Qeyd edək ki, dünyanın nüfuzlu kino tədbirlərindən biri olan Venesiya Film Festivalı Azərbaycan filmlərinin beynəlxalq miqyasda tanıdılması və yaradıcı mübadilənin genişlənməsi üçün mühüm platformadır.

Chosen
10
1
kulis.az

2Sources