EN

Rusiya Dnepr şəhərinə daxil olub - Ukrayna TƏSDİQLƏDİ

Ukrayna Silahlı Qüvvələri Rusiyanın ölkənin əsas sənaye bölgələrindən biri olan Dnepr şəhərinə daxil olduğunu rəsmən təsdiqləyib.

Hurriyyet.az-ın məlumatına görə, Dnepr Operativ-Strategiya Qrupunun nümayəndəsi Viktor Trehubov BBC-yə açıqlamasında bunun bölgəyə indiyədək edilən ən böyük hücum olduğunu bildirib.

O, rus qoşunlarının bir baza qurmağa cəhd etdiyini, lakin irəliləyişlərinin dayandırıldığını da qeyd edib.

Rusiya hələ iyunun əvvəlindən Dneprə hücum etdiyini açıqlasa da, Kiyevdən verilən son məlumatlar hücumun yalnız regional səviyyədə irəlilədiyini göstərir.

Ekspertlərə görə, Rusiyanın Dneprə doğru irəliləməsi Ukrayna üçün psixoloji zərbə ola bilər. ABŞ-ın rəhbərliyi ilə aparılan diplomatik səylər davam etsə də, prezident Donald Trampın Alyaskada Vladimir Putinlə görüşündən sonra da proseslərin zəiflədiyi müşahidə olunur.

Rusiya son aylarda ağır itkilərə baxmayaraq Donetsk istiqamətində də müəyyən uğurlar əldə edib. Dneprə doğru addımlar isə müharibənin növbəti mərhələsinə işarə kimi qiymətləndirilir.

Modern.az

Chosen
2
2
hurriyyet.az

3Sources