Kulis.az saytına istinadən ain.az xəbər verir.
İngiltərədə yeni versiyada çəkilən “Harry Potter” serialından ilk kadr yayımlanıb.
Kulis.az xəbər verir ki, serialda Fred və Corc Uizli əkizlərini real həyatda da qardaş olan Tristan Harland və Qabriel Harland canlandıracaq.
Pörsi Uizli rolunda Ruari Spuner, Cinni Uizli obrazında isə Qreysi Koçreyn çıxış edəcək.
Baş rollarda Dominik Maklaqlin (Harry Potter), Alasteyr Staut (Ron Uizli) və Arabela Stenton (Hermione Granger) yer alır.
Qeyd edək ki, Mark Maylodun rejissorluğu ilə ekranlaşdırılan layihənin 2027-ci ildə yayımlanacağı açıqlanıb.
Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşdı
"Harri Potter"in ulduzu Trampa necə rədd cavabı verdiyini açıqlayıb
Məşhur “Alisa möcüzələr ölkəsində" animasiyasının kinooperatoru vəfat etdi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.